UEFA-dan Bakı ilə bağlı "izləyirik və siyahıdadır" açıqlaması

13 Fevral 2021 19:40 Problem 892
UEFA-dan Bakı ilə bağlı "izləyirik və siyahıdadır" açıqlaması

2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır".

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti