Anasının da dəfninə gedə bilmədi: "O, indi daha yaxşı yerdədir"

11 Fevral 2021 22:20 Problem 910
Anasının da dəfninə gedə bilmədi: "O, indi daha yaxşı yerdədir"

20201-ci ilin daha ağır olacağını Yurgen Klopp hamıdan tez başa düşdü.

Onun “Liverpul”u hələ 2020-ci ilin sonunda xallar itirməyə başlamışdı.

Amma bu, hələ başlanğıc idi. Daha sonra elə məğlubiyyətlər oldu ki... Üstəlik, ən yaxın adamın itkisi və onun dəfnində iştirak edə bilməmək.

Fevralın 9-da Yurgen Kloppun anası Elizabet Klopp 81 yaşında dünyasını dəyişdi. Belə itki həmişə faciə sayılır.

Amma məsələni ağırlaşdıran hə m də odur ki, Klopp ən yaxın adamının dəfnində iştirak edə bilmədi. Koronavirusa görə Almaniyada sərt karantin rejimidir.

Böyük Britaniyadan ölkəyə daxil olmaq mümkün deyil.

Klopp atasını 2000-ci ildə itirib. Norbert klopp 66 yaşında dünyasını dəyişib. Yurgen anasını sonuncu dəfə onun yubileyində - 80 yaşı tamam olanda görüb. İş və pandemiya ondan sonra görüşmələrinə mane olub.

Ağır itkiyə baxmayaraq, Yurgen reallığı qəbul edir. Mətbuata verdiyi açıqlamada belə deyib:

“O, mənim üçün hər şey idi. Sözün bütün yaxşı mənalarında əsl ana idi. Mən inanclıyam və bilirəm ki, o, indi daha yaxşı yerdədir. Pandemiyaya görə dəfnində iştirak edə bilmədim. Fürsət düşən kimi onun xatirəsini böyük ehtiramla yad edəcəyik”.

Belə məqamda klub kənarda qalmadı və Kloppu dəstəklədi. “Qırmızılar” “Tvitter”də məşhur şüarlarını – “You Never Never Alone Walk” (sən heç vaxt tək olmayacaqsan) yerləşdirdilər.

Elə azarkeşlər də, Premyer Liqanın digər klubları da kənarda qalmadılar, Kloppa dəstək oldular. “Mançester Yunayted” “Tvitter”də başsağlığı verdi: “Bütün “Yunayted”lilər Kloppa və ailəsinə dərin hüznlə başsağlığı verir”.

Ümid edək ki, qara zolaqdan sonra Kloppun həyatına ağ zolaq daxil olacaq. O, çətinliklərin öhdəsindən gələ bildiyini bir neçə dəfə sübut edib.

Natiq Muxtarlı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti