Millət vəkili təcili qərar verməyə çağırdı – İDMANA GÖRƏ

10 Fevral 2021 18:00 Problem 2 718
Millət vəkili təcili qərar verməyə çağırdı – İDMANA GÖRƏ

Sportinfo.az xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma sayı günü-gündən azalmaqdadır. .

Məlumdur ki, pandemiya ilə əlaqədar tətbiq olunan bir sıra karantin tədbirləri vətəndaşların narazılığına səbəb olur.

Yoluxma sayı kəskin azaldığı üçün tətbiq olunan məhdudiyyətlər yumşadıla bilərmi? Millət vəkili Fazil Mustafa cebhe.info-ya açıqlamasında bildirib ki, karantin qaydaları yumşadılmalıdır:

“Həm də imkan verilməlidir ki, insanlar bir qədər fiziki immumitetlərini bərpa etsinlər. Bunun üçün idman zalları açılmalıdır. Harada ki, kütləvilik yoxdur, voleybol, basketbol zallarında idmanın bərpasına imkan verilməlidir.

Çünki bu, olduqca vacibdir, insanlar idmansız qaldıqda daha çox immunitetlərini aşağı salırlar. Fikrimcə, təcili olaraq Operativ Qərargah meydançaların açılması ilə bağlı qərar verməlidir.

Onsuz da açıq meydançalarda oynayanlar da qapalı məkanda soyunub-geyinirlər, yuyunurlar. Yoluxma riski onsuz da hər yerdə var. Bu cür qapalılıq həm idman infrastrukturunu dağıdır, onlar tamamilə müflisləşmiş vəziyyətdədir, həm də insanların idman vərdişlərini azaldır”.

Həftəsonu sərt karantinin tətbiq olunması da vətəndaşlarda bir sıra narazılıqlar yaradır. Sanki həftənin beş günü pandemiya yayılmayacaq, yalnız şənbə və bazar günləri yayılacaq.

Necə hesab edirsiniz, bu məsələdə də yumşalma olmalıdırmı? Millət vəkili bu suala cavabında bildirib ki, qaydalar da aradan qaldırılmalıdır:

“Bəli, vətəndaş bundan da çox əziyyət çəkir. Həftəsonu karantini də aradan qaldırılmalıdır. Yoluxma artarsa, bunun saxlanmasını anlamaq olar. Amma indiki vəziyyətdə vətəndaşları bu cür sıxıntıda saxlamaq yalnışdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti