Azərbaycan çempionatında iştirak edən klublara olan borc tamamilə ödəniləcək.
Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.
Federasiyadan bildirilib kt, Premyer Liqa, I Liqa və II Liqa mənsubları onlara çatacaq vəsaiti ən qısa vaxtda alacaq.
Qeyd edilib ki, problem mart ayından etibarən yaranmağa başlayıb və bunun müxtəlif səbəbləri var. Onlardan biri də əksər klubların maliyyə sənədlərində çatışmazlığın olmasıdır.
Odur ki, yarışmaçılara ödənilən son borcun məbləğində fərq əmələ gəlib. Kimisi aprelin dotasiyasını alıb, kimisi mayın ilk yarısının.
SPORTİNFO.AZ

