Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilər

8 Fevral 2021 10:10 Problem 681
Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilər

Koronavirusa yoluxan şəxslər 6 aydan sonra peyvənd oluna bilərlər.

Sportinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: “6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.

Fevralın 5-dən etibarən yaşı 65-dən yuxarı olan və həmçinin son 1 il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşların peyvənd olunması ilə bağlı elektron qeydiyyat aktivləşib.

Randevu.its.gov.az saytında qeydiyyatdan keçən şəxslərin bu gündən etibarən peyvəndlənməsinə başlanılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!