«Şəmkir»in keçmiş baş məşqçisi Qəhrəman Əliyev növbəti dəfə həkim tərəfindən müayinədən keçirilib.
Bu barədə Sportinfo.az-a onun yaxınlarıı məlumat verib.
Bildirildi ki, Bakıdan dəvət edilmiş nevrocərrah 3 aydan artıqdır komada olan pasiyentin müalicəsinin davam etdirilməsini məsləhət görüb.
Belə ki, bir müddət əvvəl beyin insultu keçirmiş Əliyevin ayılması hələ vaxt alacaq. Bu, 1 həftə də ola bilər, 1 ay da, 5-6 ay da.
Beyin tomoqrafiyası göstərib ki, qan sızması nəticəsində hə iki yarımkürədə problemlər əmələ gəlib, onların təmizlənməsi isə bədənin müqavimət gücündən asılıdır.

