"Əgər özü hər hansı bir səbəbdən istefa verməsə..."

4 Fevral 2021 23:00 Problem 2 159
"Əgər özü hər hansı bir səbəbdən istefa verməsə..."

“Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvüdür, oradan çıxmaq üçün hər hansı bir əsas da yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Elmar Məmmədyarovun məsul olduğu konkret istiqamət dövlət orqanları ilə əlaqələrdir. O bildirib ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir:

“AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında Elmar Məmmədyarov İcraiyyə Komitəsinin üzvü seçilib. Səlahiyyət müddəti də 4 ildir.

Əgər özü hər hansı bir səbəbdən istefa verməsə ki, bunu da etməyib, hüquqi baxımdan onun buradakı işini davam etdirməsi ilə bağlı heç bir maneə yoxdur. Məmmədyarov komitənin üzvü kimi fəaliyyətini davam etdirir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti