Elxan Məmmədov: "Heç kim buna zəmanət verə bilməz"

1 Fevral 2021 14:00 Problem 928
Elxan Məmmədov: "Heç kim buna zəmanət verə bilməz"

"Bəzi Qərb ölkələrində sərt karantin rejimi tətbiq olunur, bizdə isə müəyyən məhdudiyyətlər yumşaldılıb".

Sportinfo.az xəbər verir ki, bu fikirlər AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova məxsusdur.

O, Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etməsi baxımından imkanlarını dəyərləndirib: "Ümid edirəm ki, bundan sonra sərtləşmə olmayacaq. Amma heç kim buna zəmanət verə bilməz.

Həftədə bir dəfə ümumi vəziyyəti müzakirə edirik. İnanmıram ki, UEFA formatı dəyişəcək. Təbii ki, kiminsə imtina etməsi istisna deyil.

Stadionların 100 faiz azarkeşlərə qayıdışı sual altındadır. Müxtəlif ssenarilər var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti