"Premyer Liqada 8 klubun olması AFFA-nın günahı deyil"

30 Yanvar 2021 22:20 Problem 1 218
"Premyer Liqada 8 klubun olması AFFA-nın günahı deyil"

U-17 yığmasının sabiq kapitanı, hazırda məşqçi kimi özünü uşaq futbolunda sınayan Zeynal Hüseynov Sportinfo.az-ın suallarını cavablandırıb.

- Nə işlə məşğulsan?
- Mən hazırda ”Fenerbahçe” Spor Okullarında işləyirəm. Məsqçi kurslarında iştirak elədim. Bir ilin içində oxudum və ”B” kateqoriyası aldım.

- Bəs sənə akademiyalardan təklif gəlməyib?
- Mənə bu suali verən çox olub, sadəcə, indi bütün fikirlərim ”Fenerbahçe” Spor Okulları ilə bağlıdır. Yeni təklif gəlsə, bu dəfə dəyərləndirəcəm. Hər məşqci istəyər ki, inkişaf eləsin.

- İldən-ilə uşaq futboluna diqqət və qayğı azalır. Əksər klublar bu sahəyə baarmqarası yanaşır. Əksər akademtyaların yalnız quru adı var.
- Klublarda uşaq futboluna qayğı bir az azdır. Daha çox əsas kamandaya fikir verirlər. Halbuki əsas diqqət uşaq futboluna olmalıdır. Biz ötən illər ərzində bunu gördük ki, uşaq futboluna yatırım etməyən klublar sonradan nə vəziyyətə düşdür. İndi üzdə olanlar əsasən bir vaxtlar ”Bakı”, ”Qəbələ”, ”Xəzər Lənkəran”ın akademiyasında yetişən futbolçulardır. İnkişaf istəyiriksə, ilk növbədə uşaqlara fikir verməliyik.

- Milli komandalarda vəziyyət daha pisdir. Ucdantutma milliləşdirmə siyasəti aparılır. Heç futbolda pul olmayan illərdə bu qədər əcnəbi futbolçunu yığmalara cəlb etmirdilər.
- Bayaq dediyim kimi, uşaq futbolu nə qədər inkişaf eləsə, milli komandalarımız bir o qədər güclü olacaq. Orada oynamaq şərəfdir. Milliyə dəvət alan hər bir futbolçu bunu dərk etməlidir. Əsas millinin nəticələri sabit olmasa da, indi daha yaxşı oynamağa başlamışıq. Çünki əvvəllər futbol savadımız az idi. İndi klublar olsun, milli kamandalar olsun - daha savadlı futbol göstərməyə başlayıb. Bizim əvvəlki futbolçular indi olsaydı, daha gözəl nəticələr qazanardıq. Bir çox mütəxəssislər AFFA-nı günahlandırır? Halbuki AFFA daha neyləməlidir? Federasiya millilər üçün əlindən gələni edir. Futbolçular indiyə kimi görmədiyi qədər yaxşı pul alır. İstər qələbə qazananda, istərsə heç-heçə edəndə. Bizim vaxtımızda heç udanda da normal mükafat ala bilmirdik. Olanda da çox az pul verirdilər.

- Premyer Liqada klub sayı çox azdır. Belə götürəndə, hamısı nəticə qazanmaq istəyir. Klub rəhbəri baş məşqçisindən yalnız avrokuboklara vəsiqə tələb edirsə, yeniyetmə və gənclərlərə kim üstünlük verər?
- Biz hər şeyi AFFA-dan istəyirik, bəs klublar nə üçündür? Futbolçunu klublar yetişdirir milli komandalar deyil. Klubların təməli düz olsa, millinin və AFFA-nın yükü asanlaşar. AFFA necə kluba baxa bilər? Əgər Premyer Liqada 8 komanda varsa, bu, AFFA-nın günahı deyil. Bu, futbola pul yatırmaq istəməyən insanların günahıdır. Bizdə iş adamları birinci növbədə nə qədər gəlir əldə edəcəyini fikirləşir, ondan sonra başqa məsələləri.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti