"İcraiyyə Komitəsinin iclasında U-21-in baş məşqçisi ilə bağlı müzakirə gedib. Bəzi yerli məşqçilərimiz artıq işləyirlər".
Sportinfo.az xəbər verir ki bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, məşqçilər heyəti ilə bağlı qərar qəbul edərkən Samir Əliyevin U-21-ə namizədliyi müzakirə olunub: "Axı, hazırda onun özünün U-19 komandasında vəzifəsi var.
Elə bir mütəxəssis deyə bilməz ki, mən Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib. Hamısı ilə danışmışıq. U-19 və U-21 riskli yığmalardır.
Gənc məşqçilər 6 ay işləyir, sonra klubdan kənarlaşdırılırlar. Təəssüf ki, səbəb ətraflı soruşulmur.
Ötən il Milan Obradoviç çəkinmədən yaşı az olan futbolçulara şans verdi. De Byazi də öz növbəsində əsas milliyə gənc oyunçular dəvət etdi".

