"UEFA-nın baş katibinin xüsusi məktubu var. Onlar da səbrsizliklə turniri gözləyirlər.
2 gün öncə UEFA bununla bağlı konfrans keçirdi. Mən də orada öz mövqeyimizi dedim. Təəssüf ki, UEFA yekun qərarını apreldə açıqlayacaq".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov deyib.
Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.
Milli assosiasiya rəsmisi bildirib ki, AVRO-2020-nin təşkil olunacağı 12 şəhərin vəziyyəti tam fərqlidir. Onun fikrincə, hər şəhərə uyğun standart tətbiq olunacaq.

