"İndi problemi həll etməklə məşğuluq" - Legionerimizin meneceri

29 Yanvar 2021 19:00 Problem 888
"İndi problemi həll etməklə məşğuluq" - Legionerimizin meneceri

Dünən xəbər verdiyimiz kimi, Fərid Nəbiyev müqavilə ilə məxsus olduğu “Viktoriya”nın (Jijkov) düşərgəsinə qoşula bilməyib.

21 yaşlı yarımmüdafiəçi xeyli müddətdir Azərbaycandadır və Çexiyaya yollanmayıb.

Vaqif Heydərli Sportinfo.az-a açıqlamasında bildirib ki, meneceri olduğu futbolçunun vizasında problemin yaranıb:

“Biz müraciəti çoxdan etmişik. Çexiyada pandemiya ilə əlaqədar problemlər çıxır. İstər Xarici İşlər Nazirliyi, istər Miqrasiya İdarəsi, istərsə də səfirliklər ehtiyatlı davranır.

Onlar işçi vizaların verilməsini dayandırıblar. Belə sənədlərin verilmə proseduru bir az ağırdır. Bu səbəbdən də Fərid Nəbiyevin Çexiyaya yollanması gecikir.

Biz də gözləyirik ki, şengen vizası verilsin və futbolçumuz komandasına qoşulsun. İndi problemi həll etməklə məşğuluq.

Çexiyanın ikinci liqasında birinci dövrə başa çatıb və hazırda fasilədir. Əslində, çempionat daha tez bərpa olunmalı idi, koronavirus pandemiyasına görə fasiləni uzadıblar.

İkinci dövrə martda başlamalıdır. Çalışırıq ki, o, yaxınlarda Çexiyaya getsin. Fəridin ”Viktoriya” ilə ilyrımlıq müqaviləsi qalıb, onun mövsümü burada tamamlayacağı dəqiqdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti