"Gələn mövsüm klubları ayrılacaq vəsait hələ bəlli deyil"

24 Yanvar 2021 20:40 Problem 665
"Gələn mövsüm klubları ayrılacaq vəsait hələ bəlli deyil"

"Bu, ilin ilk iclası idi, pandemiya ilə əlaqədar onlayn formatda keçirdik. Müxtəlif qonaqlar dəvət olunmuşdu.

Onların arasında Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) rəhbər şəxsləri də var idi. İclasda 2020-ci ildə futbolda edilən dəyişikliklər və sonrakı planlar barədə danışıldı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş meneceri Asif Əsgorov Avropa Klublar Birliyinin (ECA) iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.

ECA-nın İşçi Qrupunun sədr müavini vəzifəsini də icra edən A.Əsgərov toplantıda videotəkrar (VAR) sistemindən də danışdıqlarını sözlərinə əlavə edib (report):

"Son zamanlar futbolda aktual olan beyin silkələnməsi məsələsini də gündəmə gətirdik. Belə düşünülür ki, gələcəkdə beyin silkələnməsi halında komandalara əlavə dəyişiklik üçün icazə verilsin.

İclasda əsasən, baş verə biləcək dəyişikliklər müzakirə edildi. 2021/2022 mövsümündən start götürəcək Konfrans Liqasının iştirakçı klublarına ayrılacaq vəsait hələ bəlli deyil.

UEFA bu barədə qərar verməyib. Klublar çalışırlar ki, maksimum Avropa Liqası dəyərində turnir olsun. Bunun üçün də maliyyə məsələləri vacibdir. Hazırda Avropa futbol qurumu ilə danışıqlar gedir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!