İnfeksionistdən maska taxılması ilə bağlı VACİB AÇIQLAMA

21 Yanvar 2021 01:10 Problem 1 411
İnfeksionistdən maska taxılması ilə bağlı VACİB AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya prosesinə başlanılıb.

İlkin olaraq tibb işçilərinin və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyaya cəlb olunması davam edir.

Əhali arasında vaksin vurulan şəxslərin sonrakı vəziyyəti və pandemiya ilə bağlı karantin qaydalarına riayət edib-etməmələri barədə müzakirələr başlayıb.

İnsanları düşündürən suallardan biri vaksin vurulan şəxslərin maska taxmasının vacib olub-olmamasıdır.

Məsələ ilə bağlı oxu.z-ın suallarını cavablandıran infeksionist Nicat Əzimli deyib ki, dünyada hansısa xəstəliyə qarşı elə bir vaksin yoxdur ki, insanları virusa yoluxma riskindən 100 faiz qorusun:

“Bu səbəbdən maskaya əlbəttə ki, ehtiyac var. Vaksinin ilk olaraq birinci dozası vurulub. Bu proses tamamlanmış hesab olunmur. İkinci tərəfdən isə elə bir vaksin yoxdur ki, o vurulduqdan sonra biz əminliklə deyə bilək ki, şəxsdə qoruyucu immunitet əmələ gəlir. Bu 100 faiz olmadığı üçün vaksin vurulan şəxslərdə də yoluxma təhlükəsi qalır.

Odur ki, vəziyyətdən asılı olmayaraq insanlar gündəlik olaraq gigiyena qaydalarına riayət etməlidirlər. Sosial məsafəyə riayət olunmalı, tibbi maskadan təyinatına uyğun olaraq istifadə olunmalı və karantin qaydalarının digər tələbləri də mütləq nəzərə alınmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti