"Bəyanatda Dağlıq Qarabağın statusu düşünülərək qeyd olunmayıb”

18 Yanvar 2021 15:50 Problem 1 029
"Bəyanatda Dağlıq Qarabağın statusu düşünülərək qeyd olunmayıb”

“9 noyabr üçtərəfli bəyanatında Dağlıq Qarabağın statusu düşünülərək qeyd olunmayıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlamasında bildirib.

O qeyd edib ki, status problemi mübahisəli olduğundan bu məsələnin gələcəyə buraxılmasına qərar verilib.

Lavrov bildirib ki, bu məsələ ilə yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcək olan ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdırlar.

“Sülhməramlı missiyanın yerləşdiyi ərazi sülhməramlı kontingentin məsuliyyət zonasıdır. İrəvan və Bakı ilə təmaslarımızda biz bu nöqteyi-nəzərdən çıxış edirik. İndi nəqliyyat kommunikasiyalarının təşkili və humanitar yardımın təfərrüatları üzərində işlənilir”, - deyə Lavrov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"