Yığmanın baş məşqçisi iki köməkçisi ilə yola getmir - MÜBAHİSƏ

16 Yanvar 2021 20:40 Problem 521
Yığmanın baş məşqçisi iki köməkçisi ilə yola getmir - MÜBAHİSƏ

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan ilə eyni qrupda yer alan İrlandiya yığmasında qalmaqallı günlər yaşanır.

Sportinfo.az xəbər verir ki, komandanın məşqçilər korpusunda yaranan fikir ayrılıqları və mübahisələr getdikcə böyüyür.

Baş məşqçi Stefan Kenninin köməkçisi Damyen Daff və qapıçılarla çalışan məşqçi Alan Kellinin istefaya göndərilməsi gözlənilir. Buna səbəb adıçəkilən mütəxəssislərin baş məşqçi ilə və İrlandiya Futbol Assosiasiyasının bəzi rəsmiləri ilə yola getməməsidir.

Xüsusən də, Daff ötən ilin noyabrında İngiltərə ilə keçirilən yoldaşlıq görüşündən (0:3) etibarən Kenninin hazırlıq prosesindən razı deyil və bu, onların tez-tez qızğın mübahisəyə girişməsinə yol açır.

Çalışdırıcı “Çelsi”nin sabiq futbolçusunun yerinə artıq namizədlər müəyyənləşdirib. Əgər Daffla yollar ayrılarsa, Con Oşi və ya Li Karsli bu vəzifəyə gətiriləcək. Həmçinin yeni qapıçı məşqçisi axtarışları da davam edir.

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Azərbaycan, Portuqaliya, Serbiya və Lüksemburq A qrupunda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"