"Moskvada imzalanan sənəd tərəflər üçün natamam, lakin qaneedicidir"

16 Yanvar 2021 20:30 Problem 539
"Moskvada imzalanan sənəd tərəflər üçün natamam, lakin qaneedicidir"

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu ilin yanvar ayının 11-də Moskva şəhərində imzaladıqları növbəti sənəd ətrafında diskussiyalar davam edir.

Məlum olduğu kimi, burada tərəflər iqtisadi problemlərin həlli və yeni nəqliyyat infrastrukturunun qurulması ilə bağlı olaraq prinsipial razılığa gəliblər.

Sənədlə bağlı əsasən Azərbaycan və Ermənistanın siyasi, media dairələrində, o cümlədən sosial şəbəkə platformlarında qızğın mübahisələr gedir. Rusiya ekspertləri isə məsələyə daha çox “yuxarıdan”, yəni əslində öz ölkələrinin mövqeyinə uyğun olaraq yanaşmağa üstünlük verirlər.

Sportinfo.az Rusiya mətbuatına istinadən yerli politoloqların problem ətrafındakı rəylərini təqdim edir.

Rusiyanın Artillleriya və raket elmləri akademiyası prezidentinin müavini, politoloq Konstantin Sivkovun fikrincə, görüşdə həm Azərbaycan, həm də Ermənistan dövləti maraqlı olub. Çünki müharibənin nəticələri onların heç birini qane etməyib.

“Azərbaycan hərbi hədəflərinə tam çatmadığı üçün narazıdır. Ermənistanın döyüş əməliyyatlarından başı çıxmayan və barıt qoxusunu almayan siyasətçiləri isə ancaq siyasi mənfəətlərini düşünürlər. buna görə də iki tərəf də işi öz xeyrinə görə nizmalamaq həvəsindədir”,-deyə o qeyd edib.

Rusiyalı ekspertin fikrincə, bu görüş əsasən Paşinyan üçün böyük əhəmiyyət kəsb edib. “Paşinyan qərbyönümlü siyasətçidir, üsətlik, hərbi münaqişənin alovlanmasına görə müəyyən məsuliyyət daşıyır.

Ona görə də, o, indi Qarabağ probleminə heç bir bağlılğı qalmayan Minsk qrupunu yenidən prosesə çəkmək istəyir”,-deyə K.Sivkov bildirib.

“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun rəyinə görə, görüşün əsas nəticəsi “Kremlin bölgədəki situasiyanı diqqətdə saxlamaqda davam etdiyini tərəflərə çatdırmasından” ibarətdir.

“Ermənistanda müxalifətin revanş çağırışlarına alternativ olduğunu göstərmək üçün rəsmi Moksva onlara yeni iqtisadi inteqrasiya və qonşu ölkələrlə qarşılıqlı münasibətlərin inkişaf yolunu təklif edib”,-deyə rusiyalı politoloqun fikri belədir.

Onun sözlərinə görə, Dağlıq Qarabağın inkişafı layihələrinin işə salınması da bu görüşün mühüm nəticəsi hesab etmək olar. “İlham Əliyev bu cür təşəbbüslərin əleyhinə deyil. O, Qarabağ ermənilərinin Azrəbaycanın tərkibində yaşayaraq bölgənin inkişafında yaxşı stimul əldə etməsinə etiraz etmir.

Bu yeni müharibəyə qarşı ən yaxşı alternativdir. Müharibə həm Moskva, həm də Bakı üçün səmərəli görünmür. Məhz bu səbəbdən iqtisadi faktor danışıqların əsas mövzusuna çevrilib”,-deyə o vurğuayıb.

Moskva Beynəlxalq münasibətlər institununun (MQİMO) Avroatlantika mərkəzinni elmi əməkdaşı, Türkiyə üzrə ekspert Yuliya Kudryaşovanın fikrincə, Moskva görüşü yalnız Rusiyanın postsovet Cənubi Qafqaz bölgəsində həlledici təsirə malik olduğunu göstərib.

“Zəngəzurdən keçəcək dəmiryol xətti həm Azərbaycana, həm Rudiyaya lazımdır. Ermənistan bu ölkələr içində öz iqtisadi çəkisinə görə 3-cü sırada gəlir.

Putin Rusiya üçün lazım olanı əldə etdi. Status-mtatus, diversantlar-fədailər onun üçün maraq kəsb etmir. Paşinyanın isə İrəvana anti-Azərbaycan sənədi ilə dönmək üçün gücü çatmadı”,-deyə o, qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti