Azərbaycanda peyvənd vurdurmaq istəməyənlər cərimə olunacaq?

16 Yanvar 2021 09:10 Problem 3 102
Azərbaycanda peyvənd vurdurmaq istəməyənlər cərimə olunacaq?

Xəbər verildiyi kimi, yaxın zamanda Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk növbədə tibb işçiləri və yaşı 65-dən yuxarı olanların peyvəndlənməsi nəzərdə tutulur.

Proses mərhələli qaydada aparılacaq və ilkin hesablamalara görə 1 il davam edəcək.

Peyvənd könüllülük prinsipi əsasında və pulsuz vurulacaq.

Maraqlıdır, peyvənddən imtinaya görə hansısa cəza nəzərdə tutulurmu?

TƏBİB-dən bu suala cavab olaraq “Vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb”,- deyə bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti