Martın 15-dən toyların keçirilməsi ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

15 Yanvar 2021 01:10 Problem 12 929
Martın 15-dən toyların keçirilməsi ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Azərbaycanda 1 ilə yaxındır ki, koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.

Sportinfo.az xəbər verir ki, toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir.

Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət edilməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir.

Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var.

Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət edilməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi yanvarın 18-nə kimi davam edir:

"Martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!