"Utanıb ölmürlər heç..? Allah bəlanızı versin!" - ŞOKEDİCİ ETİRAZ

12 Yanvar 22:20 Problem 752
"Utanıb ölmürlər heç..? Allah bəlanızı versin!" - ŞOKEDİCİ ETİRAZ

«Bildiyimə görə, Qəhrəman Əliyevə və ailəsinə heç kim kömək etmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın sabiq məşqçisi Hafiz Əliyev deyib.

Uzun illər cənub klubunda çalışmış mütəxəssis vaxtilə bir yerdə futbol oynadığı və məşqçi olaraq işlədiyi Qəhrəman Əliyevə biganə münasibətdən gileylənib.

Onun bildirdiyinə görə, 2 aydan artıqdır komada olan tanınmış futbol adamına bu cür münasibət qəbuledilməzdir:

«AFFA və Peşəkar Futbol Liqasında oturanlara ayıb olsun! Dövlət futbola milyonlarla vəsait ayırıb, oradan 1 manat da ayırmırlar futbol veteranlarına.

Edirlərsə də, başqalarıına edirlər. Qəhrəmana qarşı sözün həqiqi mənasında ayrı-seçkiliyə yol erirlər. Utanıb ölmürlər heç..?

Qəhrəman həm futbolçu, həm də məşqçi kimi Azərbaycan futboluna xidmət edəndə, can qoyanda bunlar harada idi? AFFA-ya zəng vururam, telefonuma cavab vermirlər. Belə «şişiblər»?

AFFA-da işləyənlər dövlətin, xalqın, sənin, mənim pulumula yaşayır. Bir xəstə məşqçiyə köməklik göstərmək belə çətin məsələdir? Qəhrəman noyabrın əvvəlindən xəstəxanalardadır.

Üç xəstəxana dəyişib, hələ də özündə deyil, komadan ayıla bilmir. Yaxşı ki, qardaşı Hikmət var, əlindən gələni əsirgəmir. Bu adam daha nə etsin, milyoner deyil axı..

Ona da dəstək lazımdır. AFFA-dakılar mətbuata çıxıb, boş-boş danışır, yalan vədlər verir. Quru söz danışmaağa nə var, kişisiz, dediyinizə əməl edin!

Görürəm də, hər kəs özünü düşünür. Qəhrəman nə qədər nəticə verib, futbolçu yetişdirib. Bunlar nə edib? Onun-bunun haqqını yeyib, milyonçu olublar.

İnanırsız, neçə vaxtdıı bu hadisələri, biganə münasibəti görüb, özümə yer tapa bilmirəm, əsəbləşirəm. Bunlarda yəni heç vicdan yoxdur? Allah bəlanızı versin!».

Digər Xəbərlər
Xəbər Lenti