Yeni əsrdə Azərbaycan futboluna kimlər gəlib və getməyib...
Pelenin kapitanı olmuş rəhmətlik Karlos Alberto Torresdən tutmuş, ta futboldan qovulan, rüşvətxorluğa görə cinayət işi açılan Blatter, Platiniyə kimi.
Foqts gəlib ikradan danışdı, Lippert kefini çəkdi, Bordin "bakılı balası" oldu, Stuxlik də indinin özündə də mavi səmada öz ulduzunu axtarır. Bir deyillər, iki deyillər…
Hamısı da ölkə futboluna qara qəpiklik xeyir vermədən milyonlar aparıb. Və aparır.
Azərbaycanda olanda ara-sıra qonqpərvəlikdən, xalqımızın gülərüzlüyündən, Bakının füsünkar şəhər olmasından basıb bağlayırdılar. Çətinə düşəndə də "Azərbaycanda futbol yoxdur" deyib, millətin başını qatırdılar.
Adama deyərlər, futbol yox idisə, nə itiniz azmışdı buralarda? Bu heç, gəldilər, yığdılar apardılar.
3-4 aydır bütün dünyanın gözü Azərbaycanın dilbər guşəsi olan Qarabağdadır. Möhtəşəm zəfərimiz bütün dünyada dillər əzbəri olub. Biabırçı məğlubiyyəti həzm edə bilməyən ermənilər daha nə oyunlardan çıxmırlar indi...
Azərbaycanı istəməyən dəstəkçiləri də çoxdur.
Bu aylarda bir-iki gözəgörünməz, cüzi açıqlamalardan başqa tonlarla Azərbaycan çörəyini yemiş bir köpəkoğlu əcnəbinin səsi çıxmadı. İkra, yağ-bal yeyəndə, dollarlara acgözlüklə baxanda gözləriniz qamaşırdı, indi kor olmusuz?
Bir kəlmə həqiqəti deyəndə diliniz quruyacaq?
Gözünüzdən gəlsin!
Kimi qınayasan - 44 gündə AFFA-da oturan bəzi erməni qanı, qarışığı olanlardan səs çıxdı ki, Avropadan də çıxa? İdeoloqu "ne qodnıy" olan futbolun dəstəyi bundan artıq olmayacaq ki…
Döyüşçü hakimlərin qarşısına çıxıb xalqın, dövlətin pulunu kartlarına köçürmək "qəhrəmanlıq" deyil ki, bacarasız.
Bacardığınız Eddi kimilərin erməni dostluğudur. Gələn dəfə görüntülü görüşləriniz olanda, sevimli əlaltı vitse-prezidentinizi də yuxarı başda otuzdurun.
Yaxşı çıxmır, düşmənlər nə deyər. Yoxsa canım, qanqaraçılıqdır, qan imkan vermir?
Bir ətək pul qazandırdığınız əcnəbi dostlarınız sabah çıxıb Avropa mətbuatında ermənilərin UEFA Millətlər Liqasında qrup liderliyini tərifləsələr, heç təəccüblənmərik.
Futbolu onsuz da qara günə qoymusuz, heç olmasa, başınız öz fotosesiyalarından ayılsın, dostlarınıza bir-iki kəlmə xoş söz dedizdirin. Olanı, həqiqəti desinlər, başqa heç nəyə gərək də yoxdur.
Onsuz da, ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənləri Qarabağdan iti qovan kimi qovub. Çox keçməz, növbə futbola da çatar...
SPORTİNFO.AZ

