AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlqalər şöbəsinin rəhbəri Firuz Abdulla Yeni Nəsil Veteranlar Şurasının gözlənilmədən fəaliyyətini dayandırmasına münasibət bildirib.
O, Sportinfo.az-a açıqlamasında bunun səbəbinin federasiyadan qaynaqlanmadığınıı söyləyib:
"AFFA-nın dolayı üzvü olan Futbol Veteranlar İttifaqı var. Bu İttifaq da İctimai Futbol Təşkilatları Federasiyasının üzvüdür. Veteranlarla bağlı məsələləri onlarla dəqiqləşdirə bilərsiz.
AFFA tərəfdən hansısa veteran təşkilatı təsis olunmayıb və ya sonradan dağıdılmayıb. Ümumiyyətlə, belə bir hal heç vaxt olmayıb".

