Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı texniki səhvi düzəltdi - FOTO

5 Yanvar 2021 22:30 Problem 3 012
Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı texniki səhvi düzəltdi - FOTO

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.

Sportinfo.az xəbər verir ki, Rusiya MN Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adını 3 hərfin inisialı ilə - qondarma rejimi Dağlıq Qarabağ Respublikası (DQR) kimi təqdim etmişdi.

Bir qədər sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti