Gələn həftə “sms icazə” sisteminin ləğvi ilə bağlı AÇIQLAMA

5 Yanvar 2021 17:30 Problem 16 528
Gələn həftə “sms icazə” sisteminin ləğvi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb.

Sportinfo.az xəbər verir ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb.

Yoluxmaların sayı kəskin artdığına görə dekabrən 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha sərtləşdirilərək “sms icazə” sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə gələn həftədən “sms icazə” sistemi ləğv edilə bilərmi?

“Əlbəttə bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir.

Əlbəttə vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır.

Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi,sərt karantin rejiminin yumşalmasına , o cümlədən “sms icazə”nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti