"Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm"

3 Yanvar 2021 23:00 Problem 1 240
"Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm"

"Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir.

Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev deyib.

Son olaraq "Sabah"ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi hansısa klubun onunla danışıq aparmadığını bildirib:

"Mart ayında hansısa komandada 2 aylıq məşq etmək ehtimalım var. Amma bu da sadəcə ehtimaldır. Heç bir klubla danışıq olmayıb, ona görə də harada məşqlərə başlayacağımı bilmirəm" (report).

Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, və "Zirə"də də çıxış edib. 2 dəfə Azərbaycan millisinin formasını geyinən oyunçu 2020-ci ilin sentyabrında Türkiyədə xaçvari bağlarından əməliyyat olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti