Azərbaycandan gedən məşqçilər niyə bir futbolçumuzu özüylə aparmır?

3 Yanvar 2021 12:40 Problem 1 230
Azərbaycandan gedən məşqçilər niyə bir futbolçumuzu özüylə aparmır?

Menecer Erkin İbrahimov Azərbaycanda çalışmış əcnəbi baş məşqçilərin yerli futbolçulara barmaqarası münasibətindən gileylənib.

Sportinfo.az xəbər verir ki, o, həmin mütəxəssislərin ölkəmizdən gedəndən sonra heç bir oyunçumuzun legioner həyatı yaşamasına kömək etməməsini vurğulayıb:

«Moldova yığmasının müdafiəçisi Oleq Reabçuk «Olimpiakos»a keçdi. Okey, agentlərimiz işləyə bilmir, əlaqələrimiz yoxdur və s.

Mənə bir şey maraqlıdır: Azərbaycanda bu qədər xarici məşqçi fəaliyyət göstərib, hansılar ki, buradan gedəndən sonra dünyanın istənilən nöqtəsində çalışıb.

Yuri Syomin, Roman Qriqorçuk, Bojidar Bandoviç, Vinfred Şefer... Heç biri Azərbaycanda birgə çalışdığı futbolçulara maraq göstərmədi, özü ilə, heç olmasa, Tailanda, Qazaxıstana aparmadı.

Bir serb məşqçi harasa gedəndə özü ilə azı 2 futbolçu aparır. Tamam, qırağa çıxası məşqçimiz da olmadı, ancaq burada çalışmış məşqçilər də futbolçularımızda o potensialı görmədi ki, özləri ilə kimisə aparsınlar?».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti