Pandemiya dövründə bir çox ölkələrdə bayram və tətil günlərində küçəyə çıxmaqla bağlı qadağalar tətbiq edilir. Sosial şəbəkələrdə yazılır ki, Azərbaycanda da belə qadağa tətbiq ediləcəyi gözlənilir.
Sportinfo.az xəbər verir ki, yanvar ayının 5-nə qədər Bakıda da küçəyə çıxmaq qadağası tətbi ediləcəyi ilə bağlı söz-söhbət müzakirə olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirdilər ki, hələlik bu barədə rəsmi məlumat yoxdur. Hələlik tətbiq edilən qərarda dəyişiklik edilməyib.
Hazırda qərara əsasən vətəndaşlar SMS icazəsi və portaldan xüsusi icazə vasitəsilə küçəyə çıxa bilərlər. Vətəndaşlar SMS-lə yanaşı həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala bilərlər.

