Yığmamızın sabiq baş məşqçisi özünə yeni iş tapdı?

29 Dekabr 2020 21:40 Problem 1 024
Yığmamızın sabiq baş məşqçisi özünə yeni iş tapdı?

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Onun bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.

Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, noyabrın 25-də "Denizlispor" ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti