"Qarabağ", "Neftçi" və "Kəpəz"in sabiq hücumçusu Elbrus Abbasov koronavirusa yoluxub.
Sportinfo.az xəbər verir ki, illər öncə "Qarabağ"ın çalışdırmış mütəxəssis bir həftədir xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.
O, noyabrın 28-də "Qarabağ" ilə birlikdə Ağdama səfər etmişdi.
Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

