Azərbaycanın 3 liqasında fevralın ən yaxşı qolları

18 Mart 2025 23:20 Premyerliqa 578
Azərbaycanın 3 liqasında fevralın ən yaxşı qolları

“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər.

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), 1-ci Liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev ("Qusar") birinci olub.

Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.

Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT