"Hansısa nəticə bizi ruhdan salmalı deyil" - Ayxan Abbasov

13 Avqust 2022 22:50 Premyerliqa 649
"Hansısa nəticə bizi ruhdan salmalı deyil" - Ayxan Abbasov

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının II turunun oyununda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov açıqlama verib:

"9 il sonra Premyer Liqaya qayıtmaq, səfərdə qələbə qazanmaq çox böyük sevincdir. Futbolçularımı təbrik edirəm. Həqiqətən də ilk dəqiqədən sona qədər mübarizə apardılar. Azarkeşlərə təşəkkür edirik. Tovuzda da möhtəşəm idilər, bu gün burada da. Həm Bakıda yaşayanlar, həm Tovuzdan gələnlər bizi dəstəklədilər. Yeni komandayıq. Bu gün hər nəticə qeydə alına bilərdi. Hansısa nəticə bizi ruhdan salmalı deyil

"Qəbələ" ilə oyundan sonra futbolçulara bildirmişdim ki, çempionat uzun marafondur və bizi ağır yol gözləyir. Bu yolda səbrli olub, inkişaf etməliyik. Bəzi futbolçularda oyundan oyuna fərq hiss olunur. Yeni gələn oyunçuların komandaya uyğunlaşması bizi sevindirir. Qarşıdakı oyunlara hazırlaşacağıq. "Qarabağ"la oyunumuz təxirə salındı. Onlara uğurlar arzulayıram. Digər oyuna hazırlaşmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!