“Bizim klublar xarici məşqçiləri reklam üçün gətirir”

15 Yanvar 2022 14:00 Premyerliqa 666
“Bizim klublar xarici məşqçiləri reklam üçün gətirir”

“Azərbaycan klubları xarici məşqçiləri, adətən, reklam üçün gətirir”.

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan “Sumqayıt“ın sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qatılan mütəxəssis əcnəbilərin Azərbaycan çempionatında nəticə qazanmağa çətinlik çəkdiyini bildirib:

“Bunu statistika da göstərir. Ora baxsaq, görərik ki, gələnlərin hansı biri burada nə edib. Klublar əksər hallarda yerli məşqçilərin sayəsində nəticə qazanıb.

Nə edək, yenə də azərbaycanlı məşqçiləri kiçik görənlər var. Reklam üçün gətirilən məşqçilərə həmişə böyük büdcələr verilib.

Klub rəhbərləri nə fikirləşib? Qoy, kənardan desinlər ki, filan klubun baş məşqçisi əcnəbidir. Ad onlara daha vacibdir, nəinki nəticə.

“Qəbələ”nin imkanlı vaxtında Roman Qriqorçuku gətirdi, iki dəfə çempionluğa yaxın oldu, amma heç birində “Qarabağ”ı qabaqlaya bilmədi.

“Qəbələ”nin vəziyyəti nisbətən pisləşən kimi o da çıxıb getdi. Bu, həmişə belə olub”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!