
«Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov Anton Krivotyuku hələ bağışlamayıb.
Bu, milliləşdirilən müdafiəçinin səhvini nə vaxt anlamasından və ondan üzr istəməsindən asılıdır.
Gənc futbolçu son 2 turu I Divizionda keçirib, «Neftçi-2»nin heyətində «Zaqatala» və MOİK-ə qarşı oyunlarda meydana çıxıb. Anton hələlik geri addım atmır.
O, əsas komandaya dönsə belə, cəriməsi silinməyəcək. Əksinə, bundan sonra hərəkətlərində daha diqqətli olmalıdır. Çünki alacağı hər sarı və qırmızı vərəqəyə görə cərimələnəcək.
Füzuli Məmmədov onun həm davranışından, həm də oyunundan narazıdır. Millinin üzvünə dəfələrələ xəbərdaolıq edib, amma məlum olur ki, heç biri ukraynalının tükünü tərpətməyib.
SPORTİNFO.AZ