"Neftçi" Avropa Liqası ilə vidalaşdı - Yenilənib

17 Sentyabr 2020 21:52 Neftçi 1 311
"Neftçi" Avropa Liqası ilə vidalaşdı - Yenilənib

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Neftçi” də növbəti avrokubok matçına çıxacaq.

Azərbaycanın ən titullu klubu Türkiyə nəhəngi “Qalatasaray”ı qəbul edəcək. Bir matçdan ibarət olan və tamaşaçısız keçiriləcək qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

“Neftçi” - “Qalatasaray” cütünün qalibi növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

20:00. "Neftçi" - "Qalatasaray" 1-3

Qol: M.Mbodj, 46 - M.Diane, 19, 63. K.Luyindama, 48

Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya).

Bakı Olimpiya Stadionu.

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renar Alves, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias.

Baş məşqçi: Füzuli Məmmədov.

Qalatasaray: 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 45. Markao, 54. Emre Kılınç, 90. Mbaye Diane.

Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdellaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.

Baş məşqçi: Fatih Terim

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!