Yazıçıların "Neftçi"- “Qalatasaray” oyununa PROQNOZU

17 Sentyabr 19:30 Neftçi 301
Yazıçıların "Neftçi"- “Qalatasaray” oyununa PROQNOZU

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” - “Qalatasaray”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, "kulis"yazıçılar arasında sorğu keçirib.

Hansı kluba azarkeşlik edəcəksiniz? Kim qalib gələcək? Cavabları təqdim edirik.

Fikrət Qoca

- Azarkeşlik etmirəm. Kim yaxşı oynayırsa, o qalib gəlsin. Əsas odur dostluq, məhəbbət qazansın. Hər ikisi də doğma komandalarımızdır.

Aqil Abbas

- “Neftçi”yə uğurlar arzulayıram, amma uduzacaq. Hətta “Qalatasaray” “Neftçi”ni saymayıb, 9 əsas futbolçusunu gətirməyib. Fatih Terim hörmətsizlik edib. Özü də hər iki komanda mənimdir. Hansı qalib olursa, olsun. “Neftçi” qalıb? “Keşlə”ni uda bilməyən komanda o boyda “Qalatasaray”a neyləsin?!

Sabir Rüstəmxanlı

- Kim güclüdürsə, o udsun. “Neftçi”yə gənclik illərimizdə azarkeşlik edirdim. İndi izləmirəm. Məncə, “Qalatasaray”:“Neftçi” üçün ən uğurlu variant heç-heçə olar.

Seyran Səxavət

- Düzünü desəm, bu oyunda yaxşı oyunçulara azarkeşlik edəcəm. Çünki mənim iki sevimli komandam qarşılaşır. Ona görə də mənim qələbəm mütləqdir. Əlbəttə ki, “Qalatasaray” qələbə qazanacaq. 30-40 il bundan əvvəl bizim o vaxtkı “Lenin” stadionunda “Neftçi” ilə “Qalatasaray” qarşılaşmışdı və bizimkilər 3:1 hesabı ilə qalib gəlmişdilər. O vaxtlar “Neftçi” çox güclü idi. Hətta Yaponiya komandasını 10:0 hesabı ilə məğlub eləmişdi. İndi vəziyyət başqa cürdür. Komanda çox zəifləyib.

Etimad Başkeçid

- “Qalatasaray” azarkeşiyəm, amma bu dəfə məhəlləmizin komandası kimi “Neftçi”yə azarkeşlik edəcəyəm. Hesab 1:1 olacaq.

Elçin Hüseynbəyli

- "Neftçi"nin qələbəsini istərdim. Amma "oyunçu aparsın" deyirəm. Yəqin ki, "Qalatasaray" üstün olacaq.

Aqşin Yenisey

- Ümumi oyuna baxacağam. Məncə, heç-heçə oynayacaqlar.

Qismət

- Mən 96-cı ildən “Qalatasaray”a azarkeşlik edirəm, futboldan başım çıxandan böyük futbol arenasında “Cimbom”u görmüşük, amma “Neftçi” də bizim üçün əzizdir, doğmadır. Futbol deyimi ilə desək, güclü olan qazansın. Hesab minimal olacaq, yəqin.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 23:20 Erməni “Meydan”ı...
21 Oktyabr 14:36 Messidən yoxdur, yox…