“Neftçi”nin qayda-qanun tanımayan futbolçusu 200 manat “tərlədi“

15 Sentyabr 2020 23:20 Neftçi 1 622
“Neftçi”nin qayda-qanun tanımayan futbolçusu 200 manat “tərlədi“

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk “Sumqayıt”la ev qarşılaşmasında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza ilə üzləşib, klub 200 manat cərimə olunub.

"Zirə"nin 4 oyunçusu "Səbail"lə matçda sarı vərəqə ilə cəzalandırılıb, qəsəbə təmsilçisi 800 manat cərimə ilə üzləşib.

“Sabah”dan Slavik Alxasov “Qəbələ” ilə oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıb. Futbolçuya 1 oyun cəza, kluba isə 200 manat cərimə kəsilib. Əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə alaraq klubu 800 manat ziyana salıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi