İbrahimov "Neftçi" rəhbərliyini SƏRT TƏNQİD ETDİ

5 İyul 2020 21:20 Neftçi 1 597
İbrahimov "Neftçi" rəhbərliyini SƏRT TƏNQİD ETDİ

Bu gün xəbər verildiyi kimi, "Neftçi"nin danışıq apardığı futbolçulardan birinin adı müəyyənləşib.

Bu 23 yaşlı yarımmüdafiəçi Sabir Buqrindir.

Son klubu "Düdelanj" olan belçikalı oyunçu hazırda azad agentdir. O, həm də Mərakeşin U-23 millisinin üzvü olub. Buqrinin hazırki bazar dəyəri 180.000 avro qiymətləndirilir. Bu ay onun 24 yaşı tamam olacaq.

Sportinfo.az xəbər verir ki, menecer Erkin İbrahimov bu keçidlə bağlı fikirlərini böülüşüb: «Gör, indi «Neftçi»ni nə ilə təbrik edirlər! Dütdülü… Amma öz aramızdır, uğurlu transfer da çıxa bilər.

«Düdelanj» və ümümlükdə Lüksemburq futbolu son zamanlar yüksəlişdədir. Lüksemburqdan gələn futbolçu «Neftçi»ni gücləndirəcəkmi?

Hər halda Karikari, Sansone, Raku və Kamran Quliyev – Ceyhun Sultanov cütlüyünün sırıdığı diqər aşağı keyfiyyətli futbolçular qədər bərbad olmaz.

Gəncdir, Avroliqa təcrübəsi var. Məsələ heç konkret o ərəbdə deyil. Məsələ budur ki, necə olur, son illərdə hər tip ikinci sort oyunçuları gətirmiş adamlara yenə büdcə həvalə olunur, yenə böyük səlahiyyətlər verilir?

Sonda da nəticə olmayanda adəti üzrə azarkeşlər, jurnalistlər, hakimlər, PFL və massonlar günahkar çıxarılacaq. Uğursuz klubların idarəçilərin iş-gücü elə budur - özlərindən başqa hamısını günahkar çıxartmaq. «Neftçi» nəyə görə çempion olmalıdır ki?».

Digər Xəbərlər
Xəbər Lenti