
Sportinfo.az xəbər verir ki, “Naxçıvan nemətləri” mağazasının sahiblərindən Emin Tarverdiyev karantin günlərində imkansız ailələrə ərzaq yardımı aparılması, belələrinin bəzi zəruru məişət avadanlıqları ilə təmin olunması kampaniyasında seçilir.
Emin bəyin şəhid xanımının paltaryuyan maşına ehtiyac duyması ilə bağlı elanına "Neftçi"nin rəsmi sponsoru olan “Türk Hava Yolları” şirkəti həssas yanaşıb.
Şirkətin hədiyyə olan maşın dünən şəhid xanımı Safura nənəyə verilib. Tarverdiyev “feysbuk” hesabında “Neftçi”nin mətbuat katibinə təşəkkür edib:
“Rüstəm Allahverdiyev, yaşa, həm də çox yaşa ki, belə işlərə həmişə vəsilə olasan”. Mətbuat katibi də öz növbəsində cavab yazıb: “Sizin gördüklərinizin yanında bizimki heç bir şeydi. Allah ürəyinizə görə versin”.