"Neftçi" başbilənləri onların iç-üzünü açan futbolçuya təzyiq göstərdi - VİDEO+FOTO

1 May 2020 14:22 Neftçi 934
"Neftçi" başbilənləri onların iç-üzünü açan futbolçuya təzyiq göstərdi - VİDEO+FOTO

"Neftçi"nin legioneri Baqali Dabo ötən gün sosial şəbəkə hesabının hekayə bölümündə paylaşdığı video haqqında açıqlama yayıb.

Fransalı hücumçu komandanın məşq görüntüləri olan həmin videonun karantin dönəmindən öncə çəkildiyini iddia edib:

"Statusumda paylaşdığım videom haqqında mediada yayılan bir xəbər gördüm. Bu video karantin günlərindən öncə çəkilib. Klubuma pis təsiri olduğunu görürəm. Buna görə də bu yazını sizinlə paylaşmaq qərarı verdim.

Bir daha qeyd edirəm, paylaşdığım video karantin dönəmindən öncəyə aiddi. Çünki məşqlərimiz və futbol üçün darıxmışam. Bir aydan çoxdur ki, məşq mərkəzində olmamışam".

Bu videonu ilk dəfə tapıb üzə çıxaran Sportinfo.az-dır Məhz saytımızın görüntüləri yaymasından sonra ictimaiyyət «Neftçi» rəhbərliyinin növbəti özbaşınalığından xəbər tutub.

Böyük rezonans doğuran və təkcə futbol sferasını deyil, cəmiyyətin bütün təbəqələrinin diqqətini çəkən videoya münasibət birmənalıdır – dövlətin müəyyənləşdirdiyi xüsusi rejimli karantin qaydalarını pozanlar öz layiq olduqları cəzanı almalıdır!

Biz bu gün gün yazmışdıq ki, Baqali Dabo yaydığımız videonun eynisini sosial şəbəkə hesabında paylaşıb. Burada hər şey açıq-aydındır: çəkiliş aprelin 25-də olub.

Gəl ki, klub rəhbərliyi dünən axşamdan bəri fransalı legionerə təzyiq və təsir göstərməyə başlayıb. Dabonun az əvvəl yazdığı təzkib xarakterli qeydlər məhz bunun nəticəsidir.

Əlbəttə, redaksiya olaraq, hadisələrin gedişatını izləyirik və yeni məlumatlar almaqda davam edirik. Bizi izləməkdə davam edin…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!