“Neftçi“ də fonda iri məbləğdə pul köçürəcək

1 Aprel 2020 15:04 Neftçi 642
“Neftçi“ də fonda iri məbləğdə pul köçürəcək

Azərbaycanda Koronovirusla Mübarizə Fonduna yardım edənlərin sırasına daha bir klub qoşulmağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, “Qarabağ“ və “Sabah“dan sonra “Neftçi“ də hərəkətə gəlib.

Paytaxt təmsilçisi bunu klubun rəhbərləri və futbolçularının adından edəcək. Yəni, fiziki şəxs kimi,

“Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov fonda 20 min manat, futbolçuları isə 50 min manat köçürüb. “Sabah“ da ora 50000 AZN məbləğində ianə edib.

Bugünə kimi “Neftçi“dən yalnız idman direktoru Ceyhun Sultanov fonda 1000 manat verib. Gözlənilir ki, “ağ-qaralar“ da minimum 50 min manat toplasın. Bu məbləğ klubun futbolçuları, məşqçilər heyəti və digər əməkdaşları tərəfindən yığılaraq ödəniləcək.

Digər Xəbərlər
Xəbər Lenti