"Neftçi"də əcnəbi baş məşqçi söz-söhbətinə son qoyuldu

24 Mart 2020 22:40 Neftçi 1 992
"Neftçi"də əcnəbi baş məşqçi söz-söhbətinə son qoyuldu

«Neftçi» növbəti mövsümə yerli baş məşqçi ilə başlayacaq.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, bu barədə göstəriş SOCAR-dan gəlib.

Şirkətin vitse-prezidenti Mikayıl İsmayılov kurasiyasındakı paytaxt təmsilçisini yaxından maraqlandıran məsələdə son nöqtəni qoyub. O, Roberto Bordinlə bağlı yaşanan qalmaqaldan sonra komandanın əcnəbi mütəxəssisə tapşırılmasının qəti əleyhinədir.

İsmayılovu başa düşmək olar – «ağ-qaralar» italyan çalışdırıcını yanvarda düşərgədən qovsa da, hələ də ona maaş ödəyir. Bu isə hər ay təxminən 50 min dollar itirmək deməkdir.

Füzuli Məmmədov gələn «futbol ili»nə də «Neftçi»nin sükanı arxasında başlayacaqmı? Bu, komandanın Premyer Liqanı gümüş medalla bitirməsindən deyil, avrokuboklarda göstərəcəyi nəticədən asılıdır. «Ağ-qaralar» onun rəhbərliyi altında minimum 2-3 mərhələ keçməlidr ki, İsmayılov Məmmədovun arxasından dəyməsin.

Düzünə qalsa, klubun prezidenti Kamran Quliyevə hansı yerli məşqçinin olması bğir o qədər fərq eləmir. Özü başıyumşaq adamdır, kim gəlsə, onunla yola gedəcək.

Gəl ki, seçim konkret Ceyhun Sultanova məxsusdur. İdman direktoru sözügedən vəzifənin Füzuli Məmmədovda qalması üçün belə demək mümkünsə, əldən-ayaqdan gedir. Axı Məmmədov sırf onun «maket»idir, nə əm rvə tapşırıq verir, qeyd-şərtsiz yerinə yetirir.

Sultanov gözəl anlayır ki, beləsini bir də haradan tapacaq? Yerlilərdən başqa kim olsa, Məmmədov kimi qarşısında dabanlarını cütləyib dayanmayacaq, farağat vəziyyətini almayacaq.

Füzuli Məmmədov hazır var da, direktorunu işarədən başa düşür. Özü baş məşqçilikdən heç nə başa düşməsə də…

Digər Xəbərlər
Xəbər Lenti