Koutinyonun "Neftçi"yə dabanla vurduğu qol ən yaxşı seçildi - VİDEO

20 Fevral 2020 21:00 Neftçi 1 792
Koutinyonun "Neftçi"yə dabanla vurduğu qol ən yaxşı seçildi - VİDEO

“İnter”in Avropa Liqası tarixində vurduğu ən gözəl 3 qol açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA “neradzurra”nın bu turnirdəki ən baxımlı qollarını müəyyənləşdirib.Həmin toplar arasında 2012-13 mövsümündə “Neftçi” ilə görüşdə vurulan qol da var.

Qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Azərbaycan təmsilçisi üzərində 3:1 hesablı qələbə qazanan milanlılarda 10-cu dəqiqədə Filipp Koutinyonun dabanla vurduğu qol fərqləndirilib.

Həmçinin 1997-98 mövsümündə “Latsio” ilə görüşdə Xavyer Zanetti və 2014-15 mövsümündə Fredi Quarinin “Seltik”in qapısından keçirdiyi qol ən yaxşılar sırasında göstərilib.

“İnter” Avropa Liqasının 1/16 final mərhələsindəki ilk oyununu bu gün Bolqarıstanda “Ludoqorets”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti