"Neftçi"dən Dario və Monroz açıqlaması - PARADOKS

14 Yanvar 2020 16:04 Neftçi 1 102
"Neftçi"dən Dario və Monroz açıqlaması - PARADOKS

"Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini əskik sayda futbolçu ilə davam etdirir. Baş məşqçi Roberto Bordinlə yola getməyən Dario Frederiko Bakıda qalıb, həmçinin pasportunu itirdiyi deyilən Stiven Monroz hələ komandaya qoşulmayıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə təlim-məşq toplanışında iştirak etməyən futbolçularla bağlı açıqlama yayıb.

"Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda - "Neftçi-2"nin heyətində davam etdirir".

Lakin bildiyiniz kimi, "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov dünən saytımıza açıqlamasında Darionun əvəzedici heyətə qoşulmadığını demişdi.

Digər Xəbərlər
Xəbər Lenti