"Neftçi" Bayıl yamacında "sürüşdü" - FOTOREPORTAJ

2 Dekabr 2019 00:56 Neftçi 589
"Neftçi" Bayıl yamacında "sürüşdü" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında III turun daha bir matçı keçirilib. Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə "Səbail" "Neftçi"ni qəbul edib. "ASCO Arena"da baş tutan görüşdə hesab açılmayıb.

Qarşılaşmanın 81-ci dəqiqəsində "dənizçilər"in hücumçusu Ağabala Ramazanov özünə qarşı kobudluqdan sonra təyin edilən penaltini qola çevirə bilməyib. Onun zərbəsindən sonra top qapı çatına tuş gəlib.

Bu heç-heçədən sonra xalını 22-ə çatdıran "Neftçi" "Keşlə" ilə 2-3-cü pillələri bölüşürlər. "Səbail" isə 12 xalla "Qəbələ" ilə son iki sıranı paylaşır.

Digər Xəbərlər
Xəbər Lenti