Yayda “Neftçi”nin yollarını ayırdığı Alessio Kurçi təxminən 3 aydan sonra yeni kluba keçib.
24 yaşlı hücumçu “Boraç” ilə 2028-ci ilin mayına qədər müqavilə imzalayıb.
Lüksemburq millisinin forvardı Bosniya və Herseqovina klubunda 6000 avro maaş alacaq. Gələn ilin yayında isə onun əməkhaqqısı daha 1000 avro artırılacaq.
Bu, daha çox Kurçinin həmin vaxtkı qərarından asılı olacaq. Əgər iyun-ayul aylarında başqa bir yerdən daha yaxşı şərtlərlə təklif alarsa, getmək haqqı öz rəyinə bağlı olacaq.
Ötən ilin yayından bu ilin avqsutuna qədər “Neftçi”dən çıxış edən Kurçi “ağ-qaralar”da 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.
SPORTİNFO.AZ
