"Neftçi" bu qış neçə transfer edəcək? - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Neftçi 82
"Neftçi" bu qış neçə transfer edəcək? - SON DƏQİQƏ XƏBƏRİ

"Neftçi" bu qış minimum 1 transfer edəcək. Saytımız bu barədə klubdan yeni məlumat alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, Yuri Vernidub növbəti planlarıyla bağlı rəhbərliklə fikir mübadiləsi aparıb

. Baş məşqçi dövrələrarası fasilədə kiçik miqyasda islahatlar aparmağa tərəfdardır.

Ukraynalı çalışdırıcı sol cinah vingeri mövqeyinə legioner alınmasını istəyib. Təcrübəli mütəxəssis bu qənaətdədir ki, digər mövqelərdə rəqabət güclüdür və ciddi dəyişikliyə ehtiyac yoxdur.

Paytaxt təmsilçisinin Premyer Liqanın ilk dövrəsini 24 xalla turnir cədvəlinin birinci pilləsində başa vurduğunu xatırladaq. Bakılılar cari mövsümə 10 yeni transferlə start verməsini bildirək.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana ("Atromitos", Yunanıstan), Viçko Şevel ("Dandi Yunayted", Şotlandiya) və Adeleke Akinyemi ("Qnistan", Finlandiya) kolektivə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!