"Neftçi" axır ki, Yuri Vernidubun axtardığı forvardı tapdı! - SON DƏQİQƏ

22 İyun 09:00 Neftçi 5 735
"Neftçi" axır ki, Yuri Vernidubun axtardığı forvardı tapdı! - SON DƏQİQƏ

"Neftçi" daha bir legionerin keçidini tamamlayıb.

Söhbət Pedro Marquesdən gedir.

Forvadla böyük ölçüdə razılıq əldə olunub.

Portuqaliyalı futbolçunun son klubu "Apollon"dur.

2025/26 mövsümündə Kipr təmsilçisinin heyətində meydana çıxdığı 33 görüşdə 15 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı legioner "Estoril"in yetirməsidir.

Ölkəsində "Belensenenş", "Sportinq", "Famalika" və "Jil Visente"də çıxış edib.

Kiprdən başqa Niderlandda ("Neymigen", "Den Boş", "Dordrext") legioner həyatı yaşayıb.

Portuqaliyanın 18,19, 20 yaş qruplarında forma geyinib.

Pedro "ağ qaralar"a azad agent kimi qoşulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız