Milli komandaların fizioterapevtləri ilə görüşdülər

03:50 Güləş 31
Milli komandaların fizioterapevtləri ilə görüşdülər

Güləş üzrə milli komandalara cəlb edilmiş fizioterapevtlərin iştirakı ilə növbəti görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Praktiki seminar formatında təşkil olunan tədbirdə İdman Tibbi və Reabilitasiya Mərkəzi üçün alınmış müasir avadanlıqlar təqdim edilib, onların təyinatı, istifadə qaydaları və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

Fizioterapevtlər bu cihazlarla yaxından tanış olub, onların təcrübədə işlədilməsi ilə bağlı bilik və bacarıqlarını təkmilləşdiriblər.

AGF və Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi proqram milli komandaların tibbi-reabilitasiya təminatının gücləndirilməsinə, idman fizioterapiyası sahəsində mütəxəssislərin hazırlanmasına və idmançıların sağlamlığının qorunmasına xidmət edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?