“Neftçi”nin baş məşqçisi braziliyalı vingeri bəyəndi

13:00 Neftçi 282
“Neftçi”nin baş məşqçisi braziliyalı vingeri bəyəndi

«Araz-Naxçıvan»ın vingeri Felipe Santos Yuri Vernidubun marağını özünə çəkib.

«Neftçi»nin baş məşqçisi bu barədə klub rəsmiləri ilə söhbətində bildirib.

Ukraynalı çalışdırıcı braziliyalı legionerin texniki bacarığı və sürəti ilə onun diqqət mərkəzinə düşdüyünü bildirib.

Ötən ilin dekabrından «ağ-qaralar»ın sükanı arxasında dayanan 59 yaşlı mütəxəssis 29 yaşlı «sambaçı»nın topla ağıllı rəftarına məftun olduğunu söyləyib.

«Onu «Neftçi»də görmək mənə maraqlı gəlir» - Vernidub fikrini bu cür ifadə edib.

Cənubi amerikalı ötən mövsümdən «ağ-qırmızılar»ın şərəfini qoruyur. Santosun «Araz»la müqaviləsi bu ilin yayında başa çatacaq.

Yerli azarkeşlərə tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipenin son klubu İsraillz “Hapoel Hayfa”sı olub.

Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə əvvəlcə Sloveniyalf n “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb.

Sonra Azərbaycana gələn braziliyalı “Şamaxı”nın formasını geyinib. O, “Qəbələ”nin də qələbələri üçün çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti