“Neftçi”dən: “Mövsümün sonunda ikinci ulduzu taxmalıyıq, başqa variant yoxdur”

1 Oktyabr 2022 17:40 Neftçi 830
“Neftçi”dən: “Mövsümün sonunda ikinci ulduzu taxmalıyıq, başqa variant yoxdur”

“Yoldayıq, komandamızı dəstəkləmək üçün Suraxanıya gedirik. “

Neftçi”dən ancaq və ancaq qələbə gözləyirik hətta heç-heçə belə, bizi qane etmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında az sonra başlayacaq “Qarabağ” - “Neftçi” görüşündən əvvəl “Forza Neftçi”nin tribuna lideri Səccad Abasov deyib.

Stajlı fanat “ağ-qaralar”ın “Qarabağ”la qarşılaşmada qələbə qazanacağına inandığını deyərək bunun üçün əsas göstərib:

“Komandanın vəziyyəti, rəqibin gücü və ya digər amillərə önəm vermirik. Azarkeşin tək istəyi dəstəklədiyi komandanın qalib gəlməsidir.

Laurentsiu Regekampfın gəlişindən sonra “Neftçi”də irəliləyiş göz qabağındadır, nəticələr istədiyimiz kimidir. Komanda oyundan-oyuna “artırır”.

İnşallah, qələbələri sıralamaqla mövsümün sonunda ikinci ulduzu taxmalıyıq. Başqa variant yoxdur”.

Abasov “90 dəqiqə ərzində “İmarət”lə rəqabətə hazırsınız?” sualını qeyri-adi şəkildə cavablandırıb:

“Digər tribunalar bizə baxıb bizimlə rəqabəti düşünür, biz heç kimlə rəqabət aparmırıq. Neçə illərdir tribunadayıq, nəyə qadir olduğumuzu bilirsiniz.

Allah “İmarət”in canını sağ eləsin. Çox istərdik ki, ölkəmizdə “İmarət” kimi qrupların sayı çox olsun və xaricdəki oyunlar zamanı əcnəbi “ultras”lar gəlib bayrağımızı əllərindən almasın.

Ən böyük arzumuz Azərbaycanda azarkeş qruplarının sayının çox olmasıdır”.

Bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular